Belçika “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisini müəyyənləşdirib

Belçika “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisini müəyyənləşdirib
Belçika Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisini müəyyənləşdirib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Belçikanın milli yayımçısı olan "EEN" təmsilçini bu gün keçirilən mətbuat konfransında açıqlayıb. Belçikanı 57-ci "Eurovision" mahnı müsabiqəsində 16 yaşlı Laura van den Bruel (Iris) təmsil edəcək.

Belçika "Eurovision"un təsisçilərindən biridir və müsabiqədə 1956-cı ildən iştirak edir.

Belçika bu illər ərzində yalnız bir dəfə "Eurovision"un qalibi olub. Ölkə 1986-cı ildə Sandra Kimin ifa etdiyi "J’aime La Vie" ("Mən həyatı sevirəm") mahnısı ilə birinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə