Noyabrın sonlarında “Nizami” kinoteatrının rəsmi açılış mərasimi keçiriləcək
Noyabrın sonlarında yenidənqurma işləri yekunlaşan "Nizami" kinoteatrının rəsmi açılış mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. O bildirib ki, "Nizami" kinoteatrının açılış mərasimində ölkə başçısı İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı da nəzərdə tutulur: "Yeni tikilən və yenidən qurulan Azərbaycan mədəniyyət ocaqlarının açılışında olduğu kimi, "Nizami" kinoteatrının açılış mərasimində də cənab prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakını gözləyirik. Artıq biz buna tam hazırıq. Ölkə başçısı təşrif buyurduqdan sonra yenidən qurulan "Nizami" kinoteatrında tədbir həyata keçirib bütün mətbuatı oradakı yeniliklərlə tanış etmək fikrindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB