Azərbaycan və Belarus Opera və balet teatrları arasında memorandum imzalanıb

Azərbaycan və Belarus Opera və balet teatrları arasında memorandum imzalanıb
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Respublikasının Milli Opera və Balet Teatrı arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən bildirilib.


Məlumata görə, memorandum musiqi sənəti, teatr-quruluş fəaliyyəti sahələrində mübadilə, solistlərin və yaradıcı kollektivlərin qastrollarının təşkili, opera və balet tamaşalarının quruluşunun həyata keçirilməsi sahəsində birgə yaradıcılıq layihələri, hər iki teatrın aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilməsi, dirijor, rejissor və rəssamların mübadiləsi sahəsində əməkdaşlığı, hər iki ölkənin musiqi və teatr həyatı sahəsində informasiya mübadiləsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə