“Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə inkişaf edir”

“Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə inkişaf edir”

\"Son 5 ildə aparılan islahatlar nəticəsində Azərbaycan açıq ölkə olub. 2011-ci ilin birinci yarısında Azərbaycanda turistlərin sayı 15 faizdən çox artıb. Bu, Azərbaycan üçün gözəl nəticədir\". SİA-nın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai deyib.

Rifainin sözlərinə görə, Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə inkişaf edir, otellər tikilir, onların keyfiyyəti çox gözəldir: "Azərbaycanda 500-dən çox otel var. Ölkədə Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilməsi ölkənin turizm infrastrukturunu bir növ tamamlayır. Bu sahədə Azərbaycan Ümumdünya Turizm Təşkilatı ilə iki cür əməkdaşlıq edə bilər. Birincisi, Azərbaycanın müəyyən mütəxəssisləri ÜTT ofisində hazırlıq keçə bilərlər. İkincisi isə, ÜTT-nin mütəxəssisləri Azərbaycanın Turizm İnistitutunda treninqlər keçə bilərlər\".

Məlumat üçün bildirək ki, dünəndən Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifainin Azərbaycana səfəri başlayıb.

Noyabrın 16-da Azərbaycan Turizm İnstitutunda Taleb Rifaiyə ATİ-nin \"Fəxri doktoru\" adının verilməsi münasibətilə tədbir keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə