ÜTT-nin baş katibi Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən infoturların təşkil edilməsinə münasibət bildirib

Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycanın tarixi əraziləri olan və hazırda işğal altında qalan Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən son illərdə infoturların təşkil edilməsinə münasibət bildirib.

SİA-nın məlumatına görə, baş katib jurnalistlərə açıqlamasında ÜTT-nin BMT-nin xüsusi qurumu olduğunu xatırladaraq bildirib ki, bu məsələ ilə bağlı ÜTT-nin fikirləri BMT-nin fikirləri ilə üst-üstə düşür. O bildirib ki, ÜTT-nin beynəlxalq qurumlarla fikirlərinin üst-üstə düşməsi çox vacibdir.

Baş katib qeyd edib ki, ÜTT tərəfləri bölgədəki problemi mümkün qədər tez həll etməyə çağırır.

Onun sözlərinə görə, mövcud vəziyyət heç bir tərəfin xeyrinə deyil və bölgənin ümumi inkişafına maneədir.

\"Beynəlxalq qurum olaraq biz bütün problemlərin tez bir zamanda həllinə ümid edirik. Biz bütün səyləri göstərəcəyik ki, tərəflərlə işləyərək böyük problemi həll edək\", - baş katib deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə