Təbriz Abdullayevin “Obrazlar və gerçəkliklər” adlı fərdi sərgisi açılıb
Bu gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda əməkdar rəssam Təbriz Abdullayevin "Obrazlar və gerçəkliklər" adlı fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə rəngkarın 75 tablosu nümayiş olunub.
Sərginin açılış mərasimində rəssamın yaradıcılığına həsr olunan və sənətşünas Eldəniz İbrahimov tərəfindən hazırlanan "Təbriz Abdullayev – obrazlar və gerçəkliklər" kitabı da sənətsevərlərə təqdim edilib.
Qeyd edək ki, sərginin ikinci mərhələsi noyabrın 25-dən 30-dək İçərişəhərdəki "Abşeron" rəsm qalereyasında davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB