Azərbaycanlı rejissor Samir Kərimoğlunun çəkdiyi film Hollivudda nümayiş olunacaq. Bu barədə SİA-ya rejissorun özü məlumat verib. S. Kərimoğlunun sözlərinə görə, noyabrın 15-də Hollivudda Azərbaycan kino gecəsi keçiləcək: "Gecədə müəllifi olduğum "Niyyət" filmi amerika tələbələri üçün nümayiş olunacaq. Orada dostlarımız bu filmə baxmışdı və bu tədbiri keçirməyə qərara gəliblər. Onlar belə düşündülər ki, bu filmi amerikalı tələbələrinə Azərbaycan kinosu kimi göstərməyə dəyər\".
Azərbaycan kino gecəsi çərçivəsində Samir Kərimoğlunun dram janrında çəkdiyi "Niyyət" filmi Los Ancelesin Baş teatr kino məktəbində tələbələrin ixtiyarına veriləcək.
Kino gecəsi Azərbaycan- Amerika İttifaqı və Los Ancelesdəki Azərbaycanın Baş konsulluğu tərəfindən həyata keçiriləcək.
"Şərq qərbi qarşılayır" adlı tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə və Azərbaycan- Amerika İttifaqının yaranmasının 5 illiyinə həsr olunacaq.
Azərbaycanlı rejissor onu da bildirib ki, dekabrda yeni layihə üzərində çalışacaq. Rejissor hələ ki, bu barədə məlumat vermək istəməsə də onu da qeyd edib ki, bu layihə çox yaxşı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB