Ən müasir texnologiyalardan istifadə edilərək hazırlanan, daha yüksək keyfiyyətli \"virtual tur\" proqramı Heydər Əliyev Sarayına təqdim olunub. Bu barədə SİA-ya Sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib. Məlumata görə, yeni virtual tur Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb.
Yeni virtual turun köhnəsindən fərqləndirən ən əsas amil yüksək keyfiyyət və daha çox yeri əhatə etməsidir. Bunlar arasında qrim otaqları, tamaşaçı zalı və tamaşaçı foyesinin daha geniş görüntüləri, xüsusi xidmət otaqları daxildir.
Məlumat üçün bildirək ki, yeni virtual turu, Heydər Əliyev Sarayının rəsmi web saytı www.ha-saray.az –da izləmək olar.
Qeyd edək ki, Azərbaycanda mədəniyyət müəssisələri arasında ilk olaraq, Heydər Əliyev Sarayının web saytı (www.respublikasarayi.com) 2002-ci ildən rəsmi fəaliyyət göstərib. Daha bir yenilik olaraq, həmin illərdə online rejimdə biletlərin sifarişi və kredit kartla ödənişin aparılması xidmətləri göstərilirdi.
2004-ci ildən Saraya, Heydər Əliyev Sarayı yüksək adı verildikdən sonra, rəsmi sayt tamamilə yenilənərək, milli domenlə, www.ha-saray.az adresi ilə fəaliyyətini davam etdirdi. Saytda, Saray haqqında məlumat, keçirilməsi nəzərdə tutulan konsertlərin afişası və sarayla tanışlıq məqsədli virtual tur (Respublikamızda bir ilk olan) istifadəçilərin ixtiyarına buraxılıb.
Saray daha bir ilkə imza ataraq, 2009-cu ildən Sarayın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir, konsert və tamaşaların, Azərbaycanda və dünyada canlı yayımlanmasına başlanılıb.
Bundan əlavə, Sarayın dünyaca məhşur sosial şəbəkə www.facebook.com -da rəsmi səhifəsi açılıb və artıq 10000 –ə yaxın istifadəçisi var. İstifadəçilər burdan Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan və keçirilən tədbir, tamaşa, konsertlər haqqında və o cümlədən, Azərbaycan mədəniyyəti və incəsənətində baş verən ən son yeniliklər, xəbərlər haqqında məlumat əldə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB