Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində ustad dərsləri keçiriləcək
Festival çərçivəsində 16 ölkədən 20-dən çox kukla teatrı - A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, "Bəbək" Televiziya Teatrı, Böyük Britaniyadan "Kağız kino", Rumıniyadan "Qonq", İspaniyadan "Pley Ground", Türkiyədən "Pəmbə qurbağa", İordaniyadan "Arab Rey", Avstriyadan "Fiqur", Gürcüstandan "Budruqana" və "Multi-pulti dünyası", Misirdən "Vel ya Vel", Başqırdıstandan "Qursaq", İran İslam Respublikasından "Saina", Litvadan "Lele", Tatarıstandan "Ekiyat", Estoniyadan Rauf Avşar Teatrı, Özbəkistandan Xorezm Vilayət Kukla Teatrı, Ukraynadan Poltava Akademik Vilayət Kukla Teatrı, Çuvaşiyadan Çeboksarı Dövlət Kukla Teatrı, Həştərxandan Dövlət Kukla Teatrı, Qazaxıstandan Petropavlovsk Dövlət Kukla Teatrı çıxış edəcək.
Noyabrın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika" adlı elmi-simpozium keçiriləcək. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın baş katibi Jacques Trudeau (Paris), UNİMA-nın vitse prezidenti Stanislav DUBRAVA (Çexiya), ASSİTEJ-in Prezidenti İvetta HARDİ (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının Baş Katibi Mişel VAİS (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim ASSİRİ (Səudiyyə Ərəbistanı), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl ALKHAM (BƏƏ), İliya Universitetinin rektoru Levan XETAQURİ (Gürcüstan) iştirak edəcəklər.
Azərbaycan Dövlət Kukla Teatrında isə 2-6 noyabrda Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB