Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti sabah Nyu-York şəhərinə yola düşəcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib.
Məlumata görə, qastrol səfərinin məqsədi oktyabrın 20-dən 27-dək ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində "Amerikada Azərbaycan teatr bayramı" adı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan tədbirdə iştirak etməkdir.
Məlumat üçün bildirək ki, bu, 138 illik tarixində Azərbaycan teatrının okeanın o tayına - Amerikaya ilk səfəridir. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərlik etdiyi yaradıcı heyətə tanınmış səhnə ustaları – xalq artistləri Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalist Nərgiz Kərimova, aktyor Əlimməməd Novruzov və başqaları daxildir. Festival çərçivəsində keçiriləcək görüşlərdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olunacaq.
Qeyd edək ki, tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Nyu-York Assosiasiyasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB