Qusarda \"Sevimli sədəfim\" tamaşası göstərilib

Qusarda \"Sevimli sədəfim\" tamaşası göstərilib

Dövlət müstəqiliyimizin 20 illiyi ilə əlaqədar Qusar Dövlət Ləzgi Dram Teatrında yerli yazar Asəf Mehmanın \"Sevimli sədəfim\" adlı əsəri səhnəyə qoyulub. SİA-nın Şimal börosunun verdiyi məlimata görə, böyük marağa səbəb olan tamaşa ləzgi dilində səsləndirilib. 4 pərdəli tamaşa teatr kollektivi tərəfindən 3 aya hazırıb.

Ləzgi Dram Teatırının direktoru Faiq Qardaşov bildirib ki, cari ildə teatr kollektivi 5 əsəri səhnəyə qoymağı planlaşdırıb. Artıq 3 əsər tamaşaçılara nümayış olunub. Bu işdə əsas məqsəd teatıra tamaşaçı sayını artırmaqdır.

Tamaşa izləməyə gələnlərin marağına səbəb olub. Onlar belə tədbirlərin mütamadi təşkil olunmasını istəyirlər. Xatırladaq ki, 1992-ci ildən fəaliyyət göstərən Qusar Ləzgi Dram Teatrı demək olar, bu illərdə 57 əsərə quruluş verib. Kollektiv ölkə hüdudlarından kənarda - Mahaçqala və Dərbənd şəhərlərində də çıxış edib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə