Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ilə Azərbaycanın Hindistandakı Fövqəladə və Səlahiyyətli səfiri İbrahim Hacıyev arasında görüş keçirilib. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən məlumata görə, nazir Ə.Qarayev ilk növbədə, səfiri yeni akkreditə olunması münasibətilə təbrik edib, Hindistan ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsində onun müsbət rol oynayacağına ümidvar olduğunu bildirib.
Daha sonra Azərbaycan ilə Hindistan arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Nazir eyni zamanda \"Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş\" layihəsinin qarşı tərəflə razılaşdırıldığını və hal-hazırda sənədin imzalanması məqsədilə müvafiq işlər həyata keçirildiyini qeyd edib.
Həmçinin görüş zamanı Hindistanda Azərbaycan mədəniyyət mövsümünün keçirilməsi, birgə kino istehsalı sahəsində əməkdaşlıq, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi və digər önəmli məsələlər müzakirə edilib.
Görüşün sonunda səfir İbrahim Hacıyev nazir Ə.Qarayevə səmimi görüşə görə öz təşəkkürünü ifadə edib və iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB