Yuğ Dövlət Teatrında "Kölgə" tamaşasının premyerası keçirilib. SİA-nın məlumatına görə, Amerika yazıçısı və dramaturqu Yucin O’Nilin "Qarağaclar altında məhəbbət" əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Aytən Məmmədovadır. Tamaşanın janrı "qeyri-səlis oyun" kimi müəyyənləşdirilib.
Əsərdən belə bir ideya hasil olur ki, iddiaları uğrunda bir-biri ilə mübarizə aparan insanlar sonda məğlub olub fəna halına yetişirlər. Ən böyük cihad insanın nəfsi ilə apardığı mübarizəsidir. Bu cihadda yalnız ruhuna tapınan insan qalib gələ bilər.
Yucin O’Nil rahat həyat yaşamamış, daim burulğan içində çarpışmışdır. Həmişə nəfsi ilə mübarizə aparan yazıçı heç zaman məğlub olmayıb.
"Kölgə" tamaşası Aytən Məmmədovanın professional səhnədə ilk müstəqil rejissor işidir.
Rolları Təranə Atacan (Abbi Patnem), Ruslan Şöhrətoğlu (Ebin Kebot), Oktay Mehdiyev (Efraim Kebot) ifa ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB