\"Eurovision- 2012\"nin biletləri bu ilin sonundan tez satılmayacaq - FOTO
Gələn il Azərbaycanda keçiriləcək \"Eurovision-2012" mahnı müsabiqəsinin hazırlığı ilə bağlı Cenevrədə keçirilən Məşvərət Qrupunun görüşündə Avropa Yayımları Birliyi (EBU) və ev sahibi olan yayımçı televiziya kanalı İctimai Teleradionun biletlərinin satışının cədvəlini açıqlayıblar.
SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, görüşdə bildirilib ki, müsabiqənin yarımfinallar və final konsertlərinə biletlərin ilin axırından əvvəl satışa çıxarılması gözlənilmir. Görüşdə o da qeyd olunub ki, "Eurovision-2012"in biletləri hotellərin sifarişi başlayandan sonra satışa çıxarılacaq.
Bakının əksər hotel tutumu 2012-ci ilin may ayında "Eurovision"a gələcək minlərlə qonaqları qəbul etmək üçün saxlanılacaq. Müxtəlif hava yolları Bakıya və Bakıdan əlavə uçuşların həyata keçirilməsini nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB