\"PARK CİNEMA\"da \"Muşketyorlar 3D\" filminin ilk nümayişindən əvvəl mətbuat nümayəndələri üçün baxışı keçirilib. SİA-nın məlumatına görə, macəra-ekşn janrındakı bu film Aleksandr Dümanın klassiik romanının motivləri əsasında \"Şər iqamətgahı 3D\" filminin rejissoru tərəfindən çəkilib.
Atos, Portos və Aramis - Fransa kralına xidmətdə olan üç ən yaxşı muşketyorların adlarıdır. Muşketyorlar kralın devrilməsi üçün hazırlanan hiyləgər planın üstünü açıb cavan qəhərman Dartanyanı öz himayələrinə götürürlər. Həm kralın, həm də bütün Avropanın taleyini həll edən planın üstünü açmaq üçün onlar birlikdə yola düşürlər.
Filmin prodüseri Ceremi Bolt, tamaşaçılar "Üç muşketyor 3D" filmindən nə gözləməlidir, sualına belə cavab verıb: "Əminliklə deyə bilərəm ki, bu film qeyri-adidir. Qılınclar indiyədək qılınc oynatma haqqında olan filmdərdəkindən daha tez hərəkət edəcək və kostyumlar təsəvvür etdiyinizdən daha rəngarəng olacaqlar. Hadisələr elmi-fantastik filmində olduğu kimi baş verəcək, onların cərəyan etdiyi yer heyran edir, tarix isə unudulmur".
Filmin rejissoru Anderson isə əlavə edir ki: "Bir çox amillər Dyumanın əhvalatını daha cəlbedici edir. Amma ən başlıcası odur ki, dostluq, qəhrəmanlıq haqqında oxuduğum ən yaxşı və ən klassik əsərdir. "Bir nəfər hamımız üçün, hamımız bir nəfər üçün" çağırışını xatırlamaq kifayətdir! Bu çox güclü əsərdir. Qəhrəmanlıq, dostluq, romantika heç vaxt dəbdən düşməyəcək".
Rollarda: Loqan Lerman, Mila Yovoviç, Metyu Makfeyden, Rey Stivenson, Lyuk Evans, Meds Mikkelsen, Qabriela Uald, Ceyms Korden, Juno Templ, Freddi Foks, Orlando Blum, Kristof Valts çəkiliblər.
Qeyd edək ki, \"Muşketyorlar 3D\" oktyabrın 13-dən \"PARK CİNEMA\" kinoteatrında nüşayiş olunmağa başlayacaqdır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB