Beynəlxalq Muğam Mərkəzində "Gənclərin qısa filmləri" kino axşamı keçirilib. SİA-ın məlumatına görə, kino axşamı "Bu meydan, bu ekran-2010" müsabiqəsinin qalibləri tərəfindən çəkilən qısametrajlı filmlərin nümayişinə həsr olunub.
Kino axşamında rejissor Fehruz Şamıyevin "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzində istehsal olunmuş "Yol", həmçinin "Mənim atam" (rejissor Novruz Hikmət, "Sinema Evi" MMC) və "Şəbəkə" (rejissor Kəmalə Rzayeva, "Ayan-Z" MMC) filmləri nümayiş olunub.
Filmlərin nümayişindən öncə hər üç ekran əsərinin yaradıcı heyətinin nümayəndələri çıxış edərək çəkilişlər zamanı göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildiriblər.
Filmlər tamaşaçıların marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB