Mingəçevir Dövlət Dram Teatrında 139-cu teatr mövsümünün təntənəli açılışı olub - FOTOSESSİYA

Mingəçevir Dövlət Dram Teatrında 139-cu teatr mövsümünün təntənəli açılışı olub - FOTOSESSİYA

Bu gün Mingəçevir şəhərində Azərbaycan teatrının 139-cu mövsümünün açılışı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhərin mərkəzində yeni təmir olunan Mingəçevir Dövlət Dram Teatrının binası ilə tanış olub.


Daha sonra nazir şəhərin icra başçısı ilə birlikdə şəhərdə olan Heydər Əliyevin büstünü ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.


Teatrın önündə baş tutan açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ilk olarq bu sahədə çalışan insanları teatr mövsümünün açılşı münasibəti ilə təbrik edirəm. O həmçinin vurğulayıb ki, hər il ənənəyə sadiq qalaraq hər hansı teatrın önündə teatr mövsümünün açılışı həyata keçirilir: "139-cu teatr mövsümünün açılışının məhz burada keçirilməsi sevindirici haldır. Hər zaman teatr sahəsinə önəm verilməlidir. Əgər teatrın tamaşaçıları və nümayiş etdiriləcək tamaşası olmasa o zaman teatr yaşamaz".


"Teatrın nəzdində yeni studiya fəaliyyət göstərəcək. Bununla da biurada yeni nəsil istedadlar formalaşacaq. Gələcəkdə Mingəçevir dövlər dram teatrında yeniliklər hələ çox olacaq. Mingəçevirin dəyərli məkana çevrilməsi üçün teatr öz sözünü deyəcək. Onu da xüsusi olaraq vuröulayım ki, Azərbaycanda yeganə turizm kolleci fəaliyyət göstərir ki, o da məhz Mingəçevirdədir",- deyə nazir əlavə edib.


Daha sonra çıxış edən şəhərin icra başçısı Mübariz Ağayev vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin və millət vəkili Mehriban Əliyevanın teatr sahəsinə göstərdiyi diqqət və qayğı danılmazdır: "Bunun bariz nümunəsi olaraq da bizim teatrımızı misal göstərmək olar".


Çıxışların davamında nazir və şəhərin icra başçısı teatrın qarşısında qırmızı lenti kəsiblər.


İlk olaraq səhnəyə xalq artisti Ramiz Novruz çıxaraq M.F.Axundovun teatrla bağlı söylədiyi kəlamları səsləndirib.


Daha sonra səhnəyə Akademik Milli Dram Teatrının aktyorları çıxaraq M.F.Axundovun "Lənkəran xanının vəziri tamaşasından bir parça nümayiş etdiriblər. Xalq artisti Aygün Bayramovanın ifasında səslənən xalq mahnısı isə teatra gələnlərə ayrı sevinc yaşadıb. Muğam ifaçısını tarda Elçin Həşimov, kamançada isə Elnur Əhmədov müşayiət edib.


Gəncə Dövlət Dram Teatrının aktyorları isə Ə.Əmirlinin "Varlı qadın" tamaşasını nümayiş etdiriblər. Ardınca isə xalq artisti Mənsum İbrahimovun ifasında xalq mahnısı səsləndirilib.


Rus Dram Teatrı isə Elçinin "Qatil", Musiqili Komediya Teatrı N.Qoqolun "Evlənmə", Gənc Tamaşaçılar Teatrı Ş.Perronun "Yatmış gözəl", Pantomima Teatrı isə öz rəqs nömrəsi ilə teatr mövsümünün açılışına rəng qatıb.


Sonda Musiqili Komediya Teatrının solisti Ramil Qasımovun ifasında M.Maqomayevin "Azərbaycan" əsəri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə