YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan və xalqımızın zəngin daxili aləmi, dünyagörüşü və gözəllik duyumunu əks etdirən Azərbaycan xalçaları haqqında dolğun və elmi-tədqiqat əsaslı məlumatı ərəb dünyasında yaymaq və ərəb ictimaiyyətini Azərbaycan xalqının mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dövlət Xalçaçılıq və Tətbiqi Sənət muzeyinin direktoru Dr.Röya Tağıyevanın "Azərbaycan xalçaları" adlı kitabı misirli alim Dr. Əbdülrəhman Əl-Xəmisinin redaktəsində səfirlik tərəfindən ərəb dilinə tərcümə olunmuş və nəfis tərtibatda çap edilib. Misir Ərəb Respublikasındakı səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,dörd fəsildən ibarət olan kitabda Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini əks etdirən xalçalarımızın boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmaz zərifliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqləndiyi qeyd olunub və Azərbaycan xalça mədəniyyətinin tarixi inkişaf dövrləri, Azərbaycan xalçalarının növləri və onların hazırlanma texnologiyası, mənşəyi və orada əks olunan rəmzi işarələrin mənası, Azərbaycan xalçalarının yerli tipləri və bu xüsusda Bakı, Quba, Gəncə, Qazax və Qarabağ xalçaları haqqında geniş məlumat və elmi baxımdan əsaslandırılmış faktlar öz əksini tapıb.
Oxucunun diqqətini cəlb etmək və Azərbaycan xalçalarının xarakterik xüsusiyyətləri barəsində oxucuda aydın və əyani təsəvvür yaratmaq üçün kitabda Azərbaycan xalçalarının çoxsaylı fotoşəkilləri özünə yer alıb.
Kitab İsgəndəriyyə kitabxanası, Misirin Dövlət Kitabxanası və aparıcı elmi-tədqiqat və mədəniyyət mərkəzləri və universitetlərinə yayılmış, aparıcı ictimai-siyasi xadimlərə və mədəniyyət nümayəndələrinə hədiyyə edilib.
Yaxın vaxtlarda Misirin aparıcı mədəniyyət mərkəzlərində kitabın təqdimatının keçirilməsi nəzərdə tutulub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB