Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq. Noyabrın 2-dən 7-dək Koreya Respublikasının paytaxtı Seulda IX Asiya Beynəlxalq qısametrajlı film festivalı keçiriləcək. SİA-nın festivalın rəsmi saytına istinadən verdiyi məlumata görə, rejissor Şamil Əliyevin "Azad kabuslar" sənədli filmi festivalın proqramına daxil edilib.


Festivala dünyanın 90 ölkəsindən 2 min173 film təqdim olunub, onlardan yalnız 54 film müsabiqə komissiyasından keçib.


Qeyd edək ki, "Azad kabuslar" filmi 2011-ci ildə "Nurfilm" studiyasında istehsal olunub. Filmdə müxtəlif xalqların mədəniyyəti və folklor musiqisi müharibənin, soyqırımının və terrorun dəhşətlərinə qarşı qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə