28-30 sentyabrda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan sərginin hazırlıq işləri başa çatmaq üzrədir.
Tədbirin şərtlərinə görə sentyabrın 15-də iştirakla bağlı sənədlərin qəbulu başa çatıb. İndiyədək Azərbaycandan 88, xarici ölkələrdən 21 çap-poliqrafiya müəssisəsi və kitabxana qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2009-cu ilin sentyabrında Muzey Mərkəzində uğurla keçirilib.
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı var. Buraya kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar daxildir.
Sərginin sonunda Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB