Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsini ziyarət etmək üçün xarici turistlərə nəzərdə tutulan turpaketin ilkin qiyməti açıqlanıb. SİA-nın Azərbaycan Turizm Assosiasiyasına istinadən verdiyi məlumata görə, turpaketin minimal qiyməti 1 200 manat (1 100 avro və ya 1 600 ABŞ dolları) təşkil edəcək ki, bura aviabilet, 3-ulduzlu hoteldə qalma və müsabiqənin iki yarımfinal və final mərhələsinə biletlər daxildir.
Turistlərin bir qədər yüksək səviyyəli hotellərin seçimindən
asılı olaraq, turpaketin qiyməti onlar üçün bir qədər baha başa gələcək.
Buna baxmayaraq, bu turpaketin ilkin qiymətidir. Belə ki,
mahnı müsabiqəsinə olan biletlərin qiymətləri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, ötən il Almaniyada keçirilən "Evrovision-2011"
müsabiqəsinin final mərhələsinə biletin
qiyməti 300 avro təşkil edib.
Müsabiqə çərçivəsində bir turpaketin qiyməti isə 1 100
avro olub..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB