Yaşar Nurinin 60 illik yubileyinə həsr olunan fotosərgi keçiriləcək

Yaşar Nurinin 60 illik yubileyinə həsr olunan fotosərgi keçiriləcək
Oktyabr ayının 5-də xalq artisti Yaşar Nurinin 60 illik yubileyinə həsr olunan fotosərgi keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Dram Teatrında baş tutacaq sərgidə yubilyarın indiyədək heç yerdə nümayiş olunmayan fotoları sərgilənəcək.


Foto sərgiyə Yaşar Nurinin film, tamaşa və televiziya tamaşalarından, həmçinin qastrol səfərləri və konsertlərdən olan şəkillər daxildir. Fotolar Dövlət Film Fondu və görkəmli aktyorun şəxsi arxivindən əldə edilib.


Qeyd edək ki, foto sərgi Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin dəstəyi ilə baş tutacaq. Sərginin açılışında yubilyarın özü, ailə üzvləri və sənət dostları da iştirak edəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня