“Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” mövzusunda layihə hazırlanıb
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad gənclər" İctimai Birliyi tərəfindən "Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması" layihəsi təşkil olunub. SİA-nın məlumatına görə, təlimçi tərəfdaşı "İB Training Alliance" təlim-məşq mərkəzi olan layihənin məqsədi gənclərin biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsidir. Layihədə gənclər iştirak etməklə, turizm sahəsində biznes plan hazırlamağı, sahibkarlıq fəaliyyətinə başlamağı və idarəçiliyin əsaslarını öyrənəcəklər.
Təlim-məşqlər interaktiv üsulla keçiriləcək və nəzəri biliklərlə bərabər praktik məlumatlarla da təmin ediləcək. Layihə çərçivəsində 2 təlim kursunun keçirilməsi planlaşdırılır və hər təlimdə 25 gəncin iştirakı nəzərdə tutulub. İştirakçılar "Turizm nədir?", "Turizm biznesinin dövlət iqtisadiyyatında rolu", "Biznes plan nədir və nə üçün lazımdır?" kimi suallara cavab tapacaqlar.
Layihənin yekununda təlim iştirakçıları turizm sektoruna aid müxtəlif biznes planlar hazırlayacaqlar. "Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması" layihəsinin birinci təlim kursu sentyabrın 9-da başlayacaq və 10 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB