2012-ci il fevralın 26-da keçiriləcək Oskar mükafatlarının verilmə mərasiminin aparıcısı məlum olub. SİA-nın lookatme.ru saytına istinadən verdiyi məlumata görə, gələn il həyata keçiriləcək mərasimin aparıcısı tanınmış aktyor Edi Mörf olacaq.
Edi Mörfün namizədliyini 2012-ci il "Oskar" film mükafatlarının təşkilatçısı Bret Ratner təsdiqləyib. Bundan əvvəl isə Opra Uinfri və Riki Gerves kimi məşhurların bu mükafatlandırma mərasiminə aparıcılıq etməsi üçün namizədlikləri irəli sürülüb.
Qeyd edək ki, "Oskar-2011"-in aparıcılığını Enn Hetvey və Ceyms Franko edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB