Çexiyanın mədəniyyət işçiləri Azərbaycana gələcəklər

Çexiyanın mədəniyyət işçiləri Azərbaycana gələcəklər

Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem və bu ölkənin Milli Muzeyinin direktoru Mixal Lukeş sentyabrın 12-dən 17-dək Azərbaycanda səfərdə olacaq.

Çexiya Respublikasının Azərbaycandakı səfirliyindən SİA-ya bildirib ki, səfər çərçivəsində qonaqlar azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək. Çexiyalı qonaqların, həmçinin Mədəniyyət və Turizm Nazirliyində görüşləri nəzərdə tutulub.

Nümayəndə heyəti Bakıdakı muzeylərlə və tarixi-memarlıq abidələri ilə də tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə