Sentyabrın 15-də Moskvada Müslüm Maqomayevin abidəsinin açılışı olacaq
Moskvada sentyabrın 15-də dahi azərbaycanlı ifaçı Müslüm Maqomayevə ucaldılan abidənin açılışı reallaşacaq. SİA-nın məlumatına görə, dünya şöhrətli sənətkarın abidəsinin müəllifləri Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, professor Aleksandr Rukavişnikov, Beynəlxalq Memarlıq Akademiyasının akademiki, memar İqor Voskresenskidir.
Abidə şəhərin mərkəzində Yeliseyev və Voznesenski döngələrinin kəsişməsində Azərbaycan səfirliyinin qarşısındakı parkda Nizami Gəncəvinin abidəsinin yanında qoyulub. Abidənin hündürlüyü səki ilə birlikdə 4 metrə yaxındır. Mərmər abidənin üzərində ifaçının mahnılarından birinin notları həkk olunub.
Qeyd edək ki, Müslüm Maqomayevin Rusiyanın paytaxtında ucaldılan abidəsinin təməli fevral ayının 3-də, təntənəli mərasimlə qoyulub. Onun abidəsi nəinki onun yaradıcılığını əbədiləşdirəcək, həm də Rusiya və Azərbaycan xalqları arasında dostluğun rəmzinə çevriləcək.
Xatırladaq ki, görkəmli sənətkar Müslüm Maqomayev 1942-ci ilin 17 avqustda Bakıda anadan olub, 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib. Onun məzarı Bakıdakı I Fəxri Xiyabandadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB