Azərbaycanlı rejissorun filmi VII Kazan Beynəlxalq müsəlman kinosu festivalında

Azərbaycanlı rejissorun filmi VII Kazan Beynəlxalq müsəlman kinosu festivalında

İlqar Safatın ekranlaşdırdığı \"Leonardo koridoru" bədii tammetrajlı filminin ssenarisi VII Kazan Beynəlxalq müsəlman kinosu festivalı çərçivəsində keçiriləcək ssenarilər müsabiqəsində iştirak edəcək.


Bu barədə SİA-ya "Narimanfilm" kinoşirkətindən məlumat verilib. Məlumata görə, Sentyabrın 6-dan 11-dək Kazan şəhərində reallaşacaq VII Beynəlxalq müsəlman kinosu festivalı Rusiya Federasiyasının hökuməti, Tatarıstan Respublikasının Prezidenti, həmçinin dünyanın məşhur mədəniyyət və incəsənət xadimləri tərəfindən dəstəklənir.


Festival çərçivəsində ilk dəfə təşkil olunan ssenarilər müsabiqəsində iştirak etmək üçün cəmi 166 ərizə verilib. Bu sıradan yalnız 20 ssenari seçilib və müsabiqədə iştirak etmək imkanı qazanıb. Onların arasında Rusiyanın Moskva, Yekaterinburq, Samara, Sankt-Peterburq, Kazan şəhərlərindən, Belarus, Özbəkistan və Qırğızıstandan olan müəlliflər var.


Müsabiqədə Azərbaycanı İlqar Safatın "Leonardo koridoru" ssenarisi təmsil edir. Qeyd edək ki, film "Narimanfilm" kinoşirkətində istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня