Bosniya-Hersoqovinanın superstarı Hari Mata Hari Bakıda keçiriləcək "Eurovision-2012"də ölkəsini təmsil etmək üçün müqavilə imzalamağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, rəsmi olaraq sentyabrın 15-də açıqlanacaq. Builki Eurovision Mahnı Müsabiqəsi üçün Fahrudin Pecikoza və Marina Tucakovicin xüsusi mahnı bəstələyəcəyi bildirilir.
Bosniya Hersoqovinanın nümayəndə heyətinin rəhbəri Dejan Kukric Fahrudin Pecikoza ilə görüşüb, mahnının demo-versiyasını dinləyib. Bosniya Hersoqovinanın "Dnevnı Avaz" qəzetinin məlumatına əsasən, Dejan Kukric mahnını bəyənib və layihə ilə bağlı danışıqlar aparılır.
Xatırladaq ki, Hara Mata Hari 2006-ci ildə Afinada keçirilən Eurovision Mahnı Müsabiqəsində Bosniya Hersoqovinanı təmsil edib. Onun ifa etdiyi "Leyla" mahnısı 3-cü yerə layiq görülərək həmin ilin ən yaddaqalan mahnılarından biri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB