Azərbaycan aşıqları 14-cü Beynəlxalq “Karacaoğlan Aşıqlar Bayramı”na dəvət olunublar

Azərbaycan aşıqları 14-cü Beynəlxalq “Karacaoğlan Aşıqlar Bayramı”na dəvət olunublar

Azərbaycan aşıqları Türkiyənin Osmaniye bölgəsində 14-cü Beynəlxalq "Karacaoğlan Aşıqlar Bayramı"na dəvət olunublar. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, böyük ozan tədbiri sentyabrın 23-25-i aralığında davam edəcək.

Osmaniye Duziçililer Mədəniyyət və İnkişaf Dərnəyinin rəhbəri Ziya Kılıcın məlumatına görə, sentyabrın 23-dən 25-nə kimi davam edəcək bayrama Türkiyədən başqa, Azərbaycan və Qazaxıstandan dəvət olunan 50-yə yaxın aşıq qatılacaq.

Tədbirdə həmçinin bayramda ilk dəfə olaraq yaşları 25-dən az olan gənc aşıqlar arasında müsabiqə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə