Oskar laureatı azərbaycanlı rejissora beynəlxalq festivalda xüsusi mükafat veriləcək

Oskar laureatı azərbaycanlı rejissora beynəlxalq festivalda xüsusi mükafat veriləcək

Dünyada tanınmış azərbaycan rejissoru və Oskar mükafatçısı Rüstəm İbrahimbəyov Türkiyənin Antalya şəhərində hər il keçirilən Beynəlxalq Altın Portağal Kino Festivalına qatılacaq. SİA-nın Türkiyənin sondakika.com saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı rejissor 48-ci dəfədir keçirilən kino festivalında xüsusi mükafata layiq görüləcək. Saytda o da yazılıb ki, türk dilində danışan ölkələrin tarixində ilk Oskar mükafatı alanlardan biri də məhz azərbaycanlı rejissor Rüstəm İbrahimbəyovdur.

Rüstəm İbrahimbəyov ilk dəfə 1994-cü ildə rus rejissoru Nikita Mixaylovla çəkdiyi "Burnt by the sun" filminə görə bu mükafata sahib olub. Bununla yanaşı, R. İbrahimbəyovun bir çox filmləri, o cümlədən "Aslana bənzər", "The Barber of Siberia" ekran əsərləri bir sıra mükafatlara sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə