Avqustun 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı və Bəstəkarlar İttifaqının dəstəyi ilə görkəmli bəstəkar və dirijor Niyazinin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçiriləcək.
Muzeydən SİA-ya verilən məlumata görə, Niyazinin mənzil- muzeyində keçiriləcək tədbirdə bəstəkarlardan Azər Dadaşov, Vasif və Ceyhun Allahverdiyev qardaşlarının, Pikə Axundova və Nərminə Nağıyevanın əsərləri səslənəcək.
Gecədə Niyazinin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunacaq, ona həsr edilən film nümayiş etdiriləcək və slayd-şou göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB