Castin Biber Hollivudun ən varlı yeniyetməsi siyahısında liderdir

Castin Biber Hollivudun ən varlı yeniyetməsi siyahısında liderdir

Castin Biber "People" Jurnalında Hollivudun ən varlı yeniyetməsi siyahısında birinci yerə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Biber təkcə keçən il qazandığı 53 milyon dollarlıq sərvəti ilə siyahıda Mayli Sayrus, Teylor Launtner kimi məşhurları geridə buraxıb.

Castinin sərvətinin 3D konserti "Never Say Never" və "Someday" adlı yeni ətrindən sonra artdığı güman olunur. Castin Biber və sevgilisi Selena Qomez Hollivudun ən varlı yeniyetmə cütlüyüdür.

Keçmiş "Hannah Montana" ulduzu Mayli Sayrus isə 48 milyon dollar sərvət sahibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə