Amsterdamda “sulu” musiqi festivalı başlayıb- FOTOSESSİYA

Amsterdamda “sulu” musiqi festivalı başlayıb- FOTOSESSİYA

Hollandiyanın paytaxtında klassik musiqi festivalı açılıb. Festival həm də Amsterdam kanalı üzərində üzən evlərdə keçirilir.

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hər il keçirilən Amsterdam su kanalları festivalı- "Grachtenfestival" avqustun 12-21 arasında keçirilir.

Festival çərçivəsində 70 klassik musiqi konserti keçiriləcək. Onlar 20 müxtəlif yerdə – damlarda, evlərin qarşısında, parklarda, həmçinin beynəlxalq Amsterdam aeroportunda baş tutacaq.

Konsertlərdə Hollandiyadan olan tanınmış opera musiqiçiləri ilə yanaşı dünyada tanınmış opera ustaları da çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə