Daha 4 ölkə “Eurovision - 2012” mahnı müsabiqəsində iştirakını təsdiq edib
Gələn il Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsində iştirakını daha 4 ölkə təsdiq edib.
SİA-nın məlumatına görə, bunlar İspaniya, Fransa, Yunanıstan və Bosniya-Herseqovinadır.
Beləliklə, müsabiqədə iştirak edəcək ölkələrin sayı artıq 29 oldu.
Bunlar Azərbaycan da daxil olmaqla, Almaniya, Avstriya, Belçika, Belarus, Bosniya-Herseqovina, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, İsveç, İsveçrə, İsrail, İtaliya, İspaniya, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Macarıstan, Niderland, Norveç, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya və Sloveniyadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB