Akif İslamzadə: “Hər zaman olduğu kimi bu gün də ad günümdə dostlarımla birlikdə olacağam”- AÇIQLAMA
"Hər zaman olduğu kimi bu gün də ad günümdə dostlarımla birlikdə olacağam". Bu barədə xalq artisti Akif İslamzadə SİA-ya açıqlamasında deyib.
İlk təbriklərini dostlarından, yaxınlarından aldığını deyən xalq artisti Akif İslamzadə: "Axşam tərəfi dostlarımla hər hansı bir məkanda toplaşıb həmişə olduğu kimi bir yerdə əylənəcəyik",- deyə əlavə edib.
Qeyd edək ki, bu gün Akif İslamzadənin ad günüdür.
Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından \"Sari gəlin\" və \"Bu gecə\" diqqətləri cəlb edib.
Xanəndə Sara Qədimovanın oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB