Siyavuş Aslan xəstəxanadan aparılıb- YENİLƏNİB

Siyavuş Aslan xəstəxanadan aparılıb- YENİLƏNİB

Azərbaycanın xalq artisti Səyavuş Aslan təcili tibb yardım maşını ilə Fuad Əfəndiyev adına 4 saylı xəstəxanadan aparılıb.

SİA-nın xəstəxanadan əldə etdiyi məlumata görə, xəstənin haraya aparıldığı məlum deyil.

Məlumat üçün bildirək ki, dünən axşam saatlarında Azərbaycanın xalq artisti Səyavuş Aslan ağır şəkər diaqnozu ilə Fuad Əfəndiyev adına 4 saylı xəstəxanaya yerləşdirilib. O müəyyən müddət koma vəziyyətində qalıb. Səyavuş Aslan komadan çıxsa da onun vəziyyəti ağır və qeyri-stabil olaraq qalır.

Qeyd edək ki, Səyavuş Aslanov 1935-ci il 5 sentyabr tarixində Bakıda dünyaya gəlib. Milli Akademik Dram Teatrının aktyorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə