Yeni Zelandiyada keçirilmiş sərgidə Azərbaycana dair guşə böyük maraq doğurub

Yeni Zelandiyada keçirilmiş sərgidə Azərbaycana dair guşə böyük maraq doğurub

Yeni Zelandiyada keçirilmiş sərgidə Azərbaycana dair guşə böyük maraq doğurub. SİA-nın məlumatına görə, "Azəri" Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti Yeni Zelandiyada keçirilmiş sərgidə ölkəmizdə istehsal olunan nar şirələrini nümayiş etdirib. Azərbaycanın nar şirələrindən ibarət guşə ziyarətçilərin böyük marağına səbəb olub. "Azəri" Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumat da verib. Yeni zelandiyalılarla yanaşı, sərgiyə gələn xarici vətəndaşlar da Azərbaycanın nar şirələrindən dadıb, onun keyfiyyətini yüksək qiymətləndiriblər.

Azərbaycan guşəsindəki nar şirələrini təqdim edən soydaşlarımızın əyinlərindəki XIX əsrə aid milli geyimləri də qonaqları valeh edib.
Qonaqlar, həmçinin "Evrovision-2011"mahnı müsabiqəsində Azərbaycanın qələbəsinin xalqımızın zəngin mədəniyyətindən və incəsənətindən qaynaqlandığını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə