8-14 oktyabr tarixlərində Azərbaycan kinematoqrafçıları Türkiyənin Antalya şəhərində keçiriləcək "Qızıl portağal" festivalında iştirak edəcəklər. SİA-nın məlumatına görə, festival çərçivəsində Azərbaycan kinosu günü keçiriləcək və ilk dəfə olaraq azərbaycanlı kinematoqrafçıların işləri nümayiş etdiriləcək.
Qeyd edək ki, Antalyadakı "Qızıl portağal" beynəlxalq kinofestivalı böyük uğur qazanması sayəsində 2005-ci ildə beynəlxalq platformaya keçirilib və dünya kinematoqrafı sektorunda nüfuzlu hadisəyə çevrilib.
"Qızıl portağal" kinofestivalı çərçivəsində Milli və Beynəlxalq müsabiqələr, həmçinin milli sənədli və qısametrajlı filmlərin müsabiqələri keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB