Xalq şairi Balaş Azəroğlunun Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki 12 saylı şəxsi fondundakı sənədlərin sayı artıb.
Bu barədə SİA-ya arxivin direktoru Maarif Teymur məlumat verib. Məlumata görə, yeni sənədlər şairin oğlu Araz tərəfindən fonda təqdim olunub. Bu sənədlər sırasında Balaş Azəroğlunun əlyazmaları, şeirləri, poemaları yer alıb. Əli Tudə, Rəsul Rza, Mirvarid Dilbazi, Nəriman Həsənzadə və digərləri ilə birgə çəkdirdiyi fotolar da diqqəti xüsusilə cəlb edir.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi, filologiya elmləri namizədi Balaş Azəroğlu bu il aprelin 24-də 90 yaşında vəfat edib. Onun Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki 12 saylı şəxsi fondu isə 1966-cı ildə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB