“Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birgə Mingəcevir şəhərinə infotur təşkil ediləcək

“Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birgə Mingəcevir şəhərinə infotur təşkil ediləcək
Prezidentin 2011-ci il 20 iyul tarixli Sərəncamı ilə təsdiq edilən 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar "Turizm ili" çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə layihənin birgə həyata keçirilməsi planlaşdırılıb. Layihənin məqsədi Mingəçevir şəhərinə yerli turizm şirkətlərindən və kütləvi informasiya vasitələrindən ibarət heyət üçün turizm üzrə infotur səfərinin təşkil olunmasıdır.


SİA-nın məlumatına görə, infotur iştirakçılarına Mingəçevir şəhərində turizm potensialını, mövcud infrаstrukturu, əsas turizm xidmətlərini nümayiş etdirmək və turizm şirkətləri ilə otellər və olimipya idman təlim mərkəzi arasında aktiv əməkdaşlığı stimullaşdırmaqdır.


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi "Millennium" turizm şirkətinin və "Kür" mehmanxanasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə avarçəkmə turizm marşrutunun təqdimatının keçirilməsidə nəzərdə tutulub.


Məlumat üçün bildiririk ki, cari ilin 30-31 iyul tarixlərində keçiriləcək infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulub.


Bundan əlavə turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzi və mehmanxanalarla, eləcə də mədəni-tarixi abidələrlə və şəhərin təbiəti ilə də tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня