Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tikmə ustası Mehriban Əliyeva -Xəlilzadənin əl işlərindən ibarət "Tikmələrin izi ilə" adlı sərgi keçirilib.
SİA-nın məlumatına görə, sərgidə muzeyin direktoru Roza Tağıyeva, xalq rəssamı Ağali İbrahimov, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və başqaları iştirak edib.
Tədbirdə ilk olaraq çıxış edən muzeyin direktoru Roza Tağıyeva bildirib ki, sərginin keçirilməsində əsas məqsəd qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı müəllifin bu sənətə gətirdiyi yenilikləri, müasir tikmə sənətini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir: "Sənətkarın muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin, təkəlduz texnikası ilə yaratdığı nəfis sənət nümunələri nümayiş olunub".
Qeyd edək ki, sənətkar həndəsi və nəbati naxışlardan istifadə edərək portret, miniatür, mənzərə janrlarına müraciət edib. Onun hazırladığı "Hekayə", "Əfsanə", "Muğam üçlüyü", "Xosrov və Şirin", "Sülh quşu", "Gecə-gündüz", "Tanrı gözəldir", "Müqəddəs Kəbə", "Atatürk","Şərq ulduzu" və digər sənət nümunələri öz rəngarəngliyi, ecazkarlığı ilə fərqlənir. Müəllif təsviri sənətə və toxuculuğa xas xüsusiyyətləri tikmə sənətində birləşdirərək maraqlı əsərlər ərsəyə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB