“Bu meydan, bu ekran-2011” kino layihələri müsabiqəsinə yekun vurulub
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan "Bu meydan, bu ekran-2011" kino layihələri müsabiqəsinə yekun vurulub. Nazirlikdən SİA-ya verilən məlumata görə, müsabiqənin münsiflər heyətinin qərarına əsasən, qalib kino layihələri təsdiq edilib.
Qalib kino layihələr "Orman prodakşn" şirkətinin "Mayak" layihəsi, "Art Qlobal prodakşn" şirkətinin "İşığa doğru" layihəsi, "EXA prodakşn" prodüser mərkəzinin "Paralel həyat" layihəsi, "Butafilm" kino şirkətinin "Qaranquş yuvası" layihəsi yer alıb.
Qeyd edək ki, "Bu meydan, bu ekran" müsabiqəsi "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB