Cəfər Cabbarlı adına \"Azərbaycanfilm\" kinostudiyasında yeni filmin çəkilişlərinə başlanılıb. Bu barədə yeni filmin quruluşçu rejissoru Şamil Əliyev SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Çölçü" adlanan yeni film poetik dram janrındadır. Çəkilişlərinə iyulun 5-dən start verilib: "Filmin çəkilişləri Goranboy rayonunun Dəliməmmədli kəndində aparılır. Arxaik dünya ilə modern dünya arasında olan konfliktlər filmin əsas ana xəttini təşkil edir. Filmdə, həmçinin məhəbbətdən də söz açılır. Cavan bir çölçü atası rəhmətə gedəndən sonra tək qalır. Sonra burada yaşamaq üçün qəsəbədən bir qız gəlir. O da burada qalmaq qərarı verir. Sonda isə hər iki gənc ailə həyatı qururlar. Filmdə əsasən modernləşmiş bir həyatla təbiətin, köhnəliyin ahəngindən və bunların bir- birinə bağlılığından, fərqindən danışılır".
Ekran əsərinin çəkilişlərinin avqustun əvvəllərinə yekunlaşacağını deyən rejissor bildirib ki, filmin dekorasiya çəkilişləri Bakıda Azərbaycan filmin pavilyonunda davam etdiriləcək.
Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı isə Rauf Əliyevdir.
Filmdə baş rolları aktyor Bəhruz Vaqifoğlu, gürcü aktrisası Salome Demuria, Vidadi Həsənov, çölçünün uşaqlığı isə Cavidan Məmmədov və başqaları canlandırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB