"Ən çətin imtahan "Eurovision" idi". Bu fikirləri "Eurovision 2011" beynəlxalq mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal söyləyiblər. ATGTİ-dən SİA-ya verilən xəbərə görə, bu gün – 15 iyul 2011-ci il tarixində saat 15:00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında "Eurovision" qaliblərimiz təşkilatın fəalları ilə görüşüblər.
ATGTİ sədri Şahin İsmayilov qonaqları salamladıqdan sonra fəallarımız Eldar və Nigara onları maraqlandıran sualları ünvanlayıblar. Sualları cavablandıran Eldar və Nigar qeyd ediblər ki, onlar Azərbaycanın ilk qalibləridirlər və bu məsuliyyəti tam şəkildə öz üzərilərində hiss edirlər. Həmçinin bildiriblər ki, gələn il "Eurovision 2012" yarışmasının açılışında onlar daha çox milli koloriti görmək istərdilər: "Biz bütün Avropaya öz qədim və gözəl mədəniyyətimizi göstərməliyik". ATGTİ-də qonaq olan qaliblərimiz İttifaqın mətbu orqanı "Böyük Tənəffüs" qəzetinə də müsahibə veriblər.
Sonda fəallarımızla xatirə şəkli çəkdirən qaliblərimiz bütün tələbələrə işlərində uğurlar arzu ediblər.
Qeyd edək ki, Eldar və Nigar Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision 2011" beynəlxalq mahnı müsabiqəsində qalib gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB