Teymur Rzayev: “Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı rəssamların işlərini yüksək qiymətləndirirəm” - MÜSAHİBƏ (SƏS TV)

Teymur Rzayev: “Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı rəssamların işlərini yüksək qiymətləndirirəm” - MÜSAHİBƏ (SƏS TV)

Xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların koordinatoru Teymur Rzayevin SƏS TV-yə müsahibəsi:


- Sabah öz işinə başlayacaq Dünya azərbaycanlılarının III qurultayının Azərbaycanda keçirilməsini necə qiymətləndirirsiniz?

- 5 ildən bir keçirilən bu qurultayda bu müddət ərzində xaricdə yaşayan azərbaycanlıların gördüyü işlərin nəticəsi müzakirə olunacaq. Qurultayın keçirilməsinin əsas məqsədi 5 il ərzində dünyada diaspor təşkilatlarımız tərəfindən hansı işlərin həyata keçirilməsinin hesabatını verməkdir.


- Qurultayın keçirilməsi dünya azərbaycanlılarına nə kimi töhfələr verəcək?

- Dünya azərbaycanlılarının III qurultayı xalqımız üçün çox vacibdir. Çünki azərbaycanlılar tək burada yaşayanlarla kifayətlənmir. Azərbaycanın xaricdə yaşayan vətəndaşları da var ki, onların da xidmətləri əvəzsizdir.


- Bu qurultay dünya azərbaycanlılarının təşkilatlanması və vahid dövlət olan Azərbaycanın milli dövlətçilik maraqlarından çıxış etməsi baxımından önəmi nədən ibarətdir?

- Azərbaycan hər zaman vahid dövlət olub. İnanıram ki, Dağlıq Qarabağ problemimizdə yaxın zamanlarda öz həllini tapacaq.


- Xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların koordinatoru olaraq yəqin ki, orada fəaliyyət göstərən rəssamların sayını təxmini olsa da bilərsiniz...

- Təxmini olaraq deyə bilərəm ki, xarici ölkələrdə 100-dən çox rəssam fəaliyyət göstərir. Təbii ki, onlar da məlum olan rəssamlardır. 14-15-ə yaxın ölkələrdə 100-ə yaxın rəssam var. Həmin rəssamlarda gücləri çatdığı qədər Azərbaycan sənətinin keçmişini dünyaya tanıtmağa çalışırlar. Azərbaycan gözəlliyini orada təmsil etməyə çalışan rəssamlarımız xarici ölkələrdə fəaliyyət göstərməkdədirlər. Bu qurultayda da dünyada yaşayan azərbaycanlı rəssamların ilk dəfə olaraq kitabı nümayiş olunacaq. "Biz azərbaycanlıyıq" adlı kataloq diasporunun əməyi ilə ərsəyə gəlib. Bu kitab bütün dünya ölkələrində yaşayan soydaşlarımızın əlinə keçəcək və Azərbaycan sənətinin bütün gözəlliklərini görəcəklər.


- Xarici ölkələrdə yaşayan və yaradan, eyni zamanda Vətən qarşısında xidmət göstərən rəssamların fəaliyyətini qənaətbəxş hesab edirsiniz?

- Əlbəttə ki, onların işini yüksək qiymətləndirirəm. Onu da qeyd edə bilərəm ki, azərbaycanlı rəssamlar Türkiyənin \"7 Gözəl\" sənətlər fakültəsinin qurublar. Heydər Əliyevin də dediyi kimi biz bir millət, iki dövlətik. Biz Türkiyədə heç bir sıxıntı yaşamırıq.


- Sabah keçiriləcək qurultayda sizin öhdənizə hansı vəzifələr düşəcək?

- Əsas vəzifəm azərbaycanlı rəssamların dünya ölkələrindəki fəaliyyəti haqqında qısa məlumat verməkdir. İndi danışdıqlarımda orada deyəcəklərimin bir parçasıdır.


- Diaspor quruculuğunda Ulu Öndər Heydər Əliyev siyasətini və onun layiqli davamçısı prezident İlham Əliyevin fəaliyyətini dünya azərbaycanlıları necə dəyərləndirir?

- Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin diaspor sahəsinə diqqəti əvəzolunmazdır. Digər ölkələrdə bu sahəyə elədə maraq göstərilmir. Azərbaycanda diaspora komitəsi yüksək səviyyədə fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə