"İRƏLİ" İctimai Birliyinin və "İrəli" Ədəbi Məclisinin start verdiyi "Gənc yazarlara dəstək" layihəsi artıq başlayıb və uğurla davam edir. Layihə çərçivəsində 2 – ci "Almanax" kitabı işıq üzü görəcək. Kitabda gənc yazarların nəsr antologiyası nəşr olunacaq. Birlikdən SİA-ya verilən xəbərə görə, artıq layihəyə 20-yə yaxın yazıçı, filoloq və tərcüməçilərin yazıları təqdim olunub. Əgər sizin də bu sahədə ədəbi bacarığınız varsa, yazılarınızı 15 iyul tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.
Qeyd edək ki, "Almanax" kitabının birinci hissəsi ötən ilin avqust ayında 1000 tirajda nəşr olunub. Kitabda 20-dən çox gənc yazarın əsərləri, eləcə də ivrit, fars, ingilis, rus, ərəb dillərindən tərcümə edilmiş əsərlər çap olunub. Kitabda həmçinin ədəbiyyatımızda yeni olan qorxu hekayələri, fantastika və s. janrlı yazılar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB