Nisə Qasımova: “Bu diqqət və qayğıdan sonra bir daha əmin oldum ki, xalq məni çox sevir”
"Bu xəbəri eşidəndə sözün əsl mənasında şokda idim. Həmin siyahıda yalnız mənim adım var idi. Buna görə də çox sevindim". Bu sözləri SİA-ya Azərbaycanın xalq artisti Nisə Qasımova prezident təqaüdünə layiq görülməsi ilə bağlı açıqlamasında bildirib.
"Bu diqqət və qayğıdan sonra bir daha əmin oldum ki, Azərbaycan xalqı məni çox sevir. Prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirirəm"-, deyə xalq artisti əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev xalq artisti Nisə Qasımovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Nisə Qasımova Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB