Azərbaycan müğənniləri Beynəlxalq türkdilli ölkələrin pop və xalq musiqisi festivalında iştirak edəcəklər

Azərbaycan müğənniləri Beynəlxalq türkdilli ölkələrin pop və xalq musiqisi festivalında iştirak edəcəklər
İyulun 1-dən 8-dək TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyədə "Silifke musiqi həftəsi" çərçivəsində 38-ci Beynəlxalq türkdilli ölkələrin pop və xalq musiqisi ifaçılarının festivalı keçiriləcək.


Bakı Şəhər Mədəniyyət və Turizm İarəsindən SİA-ya bildirilib ki, 1974-cü ildən keçirilən festivala bu il 25-dən çox ölkədən, o cümlədən Azərbaycan, Rusiya, Yunanıstan, Kosova, Makedoniya, İtaliya, Rumıniyadan ifaçılar qatılacaqlar.


Festivalda Türkiyənin tanınmış müğənniləri Gülben Ergen, Gökhan Özen, Zara, Murat Dalkılıç, Hakan və Hadise iştirak edəcəklər.


Bu musiqi bayramında Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi "Bakı Gecələri" estrada mahnı festivalının qalibi və laureatları Cəlal Abbasov, Günel Ələkbərova və Nurlan Əzizbəyli təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня