Eldar və Nigar “Slavyan bazarı-2011” Beynəlxalq musiqi festivalına dəvət alıb

Eldar və Nigar “Slavyan bazarı-2011” Beynəlxalq musiqi festivalına dəvət alıb
"Eurovision-2011" müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal "Slavyan bazarı-2011" Beynəlxalq musiqi festivalına xüsusi qonaq kimi dəvət alıblar. SİA-nın məlumatına görə, festival gələn ay Belarusun Vitebsk şəhərində keçiriləcək.


Eldar və Nigar iyulun 8-də təşkil olunacaq festivalın açılış mərasimində iştirak edəcəklər. Onlar tədbirdə Avropada hitə çevrilən "Running Scared" mahnısını oxuyacaqlar.


Festivalda Azərbaycanı Aynişan Quliyeva təmsil edəcək. O, 19 ölkə iştirakçısı ilə mübarizə aparacaq.


Qalibin adı iyulun 14-də, \"Slavyan bazarı\"nın qala- konsertində bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня