Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan "Yeni Teatr" II Respublika Festivalı öz işinə başlayır. SİA-nın məlumatına görə, 21-27 iyun çərçivəsində baş tutacaq festivalının açılışı Lənkəran Dövlət Dram Teatrında olacaq.
Tədbirin Təşkilat Komitəsi və rəsmi qonaqların siyahısı müəyyənləşdirilib. Təşkilat Komitəsinə Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev sədrlik edir. Təşkilat komitəsinin üzvləri siyahısına İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Teatr sektorunun müdiri Naidə İsmayılzadə, Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev, Lənkəran Dram Teatrının direktoru İslam Həsənov və başqaları daxildir.
Festivalın rəsmi qonaqları sırasında xalq artisti Azərpaşa Nemətov, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturq Əli Əmirli, xalq artisti Amaliya Pənahova, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov və Teatr Xadimləri İttifaqının katibi Kəmalə Cəfərzadə var.
Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən Azərbaycan Teatrının yaradıcılıq yoluna həsr olunan səyyar foto sərgi Lənkəran Dövlət Dram Teatrında nümayiş olunacaq.
Qeyd edək ki, festivalın bağlanış mərasimi 27 iyun Hüseynbala Mirələmovun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında "Xəcalət" tamaşası ilə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB